Daxili xəstəliklər spektrini əhatə edən peşəkar tibbi xidmət sahələri. Hər birinə elmi əsaslı, fərdi yanaşma ilə baxılır.
Metabolik sindrom — müasir həyat tərzinin ən geniş yayılmış problemlərindən biridir. Yalnız idman və pəhrizdən ibarət yanaşma bu sindromu müalicə etmir. Kök hormonal-metabolik səbəb aradan qaldırılmadan nəticə almaq mümkün deyil.
Laborator analizlər əsasında insulin müqavimətinin səviyyəsinin müəyyənləşdirilməsi.
Qalxanabənzər vəz, kortizol, cinsi hormonlar, metabolik göstəricilərin yoxlanması.
Analizlər nəticəsinə uyğun dərman müalicəsi, qidalanma rejimi, fiziki fəallıq planı.
Kalori defisiti, protein-yağ-karbohidrat balansı, həyat tərzi dəyişikliyi — elmi əsaslı.
Müalicəsiz insulin müqaviməti şəkər xəstəliyinə çevrilə bilər — vaxtında müdaxilə vacibdir.
Aşağıdakı şikayətlər insulin müqaviməti / metabolik sindrom əlaməti ola bilər. Laborator analiz olmadan qəti diaqnoz qoyulmaz.
Mədə-bağırsaq sistemi ümumi sağlamlığın əsasını təşkil edir. Hippokrat "Bağırsaqlarını tam boşalt — sağlam ol" demişdir. Xroniki qəbizlikdən pankreatitə qədər geniş spektrli qastro xəstəliklərinin diaqnozu və müalicəsi.
Mədə xorası ağrıları yeməkdən sonra başlayır, gecə kəskinləşir. Diaqnostika endoskopiyasız da mümkündür.
Müalicə olunan xəstəlik. Düzgün yanaşma ilə tam remissiya əldə edilə bilər.
Kəskin və xroniki pankreas iltihabının müalicəsi. Alkoqol, öd daşı, yağlı qida — əsas risk amilləri.
Öd daşı diaqnozu və müalicəsi. Daşların əridilməsi bəzi hallarda mümkündür — cərrahiyyə həmişə zəruri deyil.
Uzunmüddətli işlədici preparatlar problemi həll etmir — kök səbəbin müalicəsi lazımdır.
Mədə şikayətlərini uzun müddət ignore etmək xroniki xəstəliyə, ciddi ağırlaşmalara səbəb ola bilər.
Güclü immun sistem hər gün bədənimizdə yaranan yüzlərlə potensial xərçəng hüceyrəsini tanıyır və zərərsizləşdirir. İmmun zəifliyi yalnız tez-tez xəstələnmə ilə deyil, xroniki yorğunluq və autoimmun vəziyyətlərlə də özünü göstərə bilər.
Tez-tez xəstələnmənin arxasındakı immunodefisit vəziyyətlərinin müəyyənləşdirilməsi.
Xroniki iltihab sindromunun diaqnozu, CRP, ESR göstəriciləri üzrə qiymətləndirmə.
D vitamini, sink, dəmir, maqnezium — analizsiz qəbul tövsiyə edilmir.
Siqaret, alkoqol, pəhriz, fiziki aktivlik, müntəzəm müayinə — elmi sübuta əsaslanan profilaktika.
Hüceyrə yenilənməsinin aktivləşdirilməsi — elmi protokollar üzrə izahat.
"İmmuniteti gücləndirir" ifadəsi çox vaxt marketinq söylemidir. İmmunitet kompleks sistemdir — hər faktor vacibdir.
Müalicəsiz hipertoniya miokard infarktı, insult, böyrək çatışmazlığı, hətta görmə itkisinə qədər ciddi ağırlaşmalara yol aça bilər. Erkən diaqnoz bu ağırlaşmaların qarşısını alır.
Qan təzyiqinin normalaşdırılması — dərman seçimi, həyat tərzi korreksiyası, qidalanma.
LDL, HDL, trigliserid göstəriciləri, ürək-damar riskinin hesablanması, müalicə protokolu.
Diabet, hipertoniya, piylənmə, siqaret — risk amillərinin kompleks qiymətləndirilməsi.
Böyrək, görmə, beyin — yüksək qan təzyiqinin bu orqanlar üzərindəki təsirinin müntəzəm izlənməsi.
Müalicəsiz hipertoniya aşağıdakı ciddi ağırlaşmalara yol aça bilər:
Elmi qidalanma marketinq üzərindən deyil, fizioloji həqiqətlər üzərindən qurulur. Limon, sirkə, chia toxumu arıqlamağı birbaşa təmin etmir. Əsas prinsip enerji balansıdır.
Laborator göstəricilər, sağlamlıq vəziyyəti, həyat tərzi nəzərə alınmaqla hazırlanmış pəhriz.
Kalori defisiti, protein-yağ-karbohidrat balansı, metabolizmanın dəstəklənməsi.
Diabet, hipertoniya, qastrit, böyrək xəstəliyi — hər vəziyyətə uyğun qidalanma protokolu.
Ehtiyac olmadığı hallarda qida əlavəsi tövsiyə edilmir. Analizsiz heç bir əlavə qəbul edilməməlidir.
Trans yağlar, rəngləndirici, şəkər, duz — uşaqların sağlamlığına zərərli qidalar və alternativləri.
Bədənin enerji qəbulu sərfiyyatdan az olmalıdır. Limon, sirkə, chia bunun yerinə keçə bilməz — yalnız dəstəkləyici rol oynaya bilər.
Xəstəliyin müalicəsi onun profilaktikasından daha bahalı, daha çətin, daha uzun müddətlidir. Müntəzəm yoxlamalar, erkən diaqnoz, sağlam həyat tərzi — preventiv tibbin sütunlarıdır.
Qan analizləri, hormonal panel, ürək-damar riski, metabolik göstəricilər — tam sağlamlıq qiymətləndirməsi.
Siqaret, alkoqol, qidalanma, aktivlik, müntəzəm skriniq — xərçəng riskini azaltmağın elmi yolları.
Yuxu rejimi, stress idarəsi, qidalanma, fiziki aktivlik — fərdi sağlamlıq planı qurulması.
Hər yaş qrupu üçün tövsiyə olunan profilaktik müayinələr üzrə məsləhət.
Erkən diaqnozla müalicə olunan bir çox xərçəng növünün tam remissiya şansı yüksəkdir.